Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Cahangir Hacıyevin cəzaçəkmə müəssisəsinə köçürülmə müddəti uzadılıb

  10
20:25 09-11-2018
Şriftin ölçüsünü dəyiş  

Qaradağ Rayon Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin istintaq hərəkətləri ilə bağlı cəzaçəkmə müəssisəsinə köçürülmə müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Paralel.az xəbər verir ki, bu barədə “Trend”ə C.Hacıyevin vəkili Aqil Layıcov məlumat verib.

 

Vəkil bildirib ki, C.Hacıyev istintaq hərəkətləri ilə bağlı 13 saylı cəzaçəkmə müəssisəndən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülmüşdü: "İstintaq müddəti başa çatdığı üçün Cahangir Hacıyev cəzaçəkmə müəssisəsinə köçürülməli idi. İstintaq orqanı istintaq müddətinin artırılması ilə bağlı təqdimat verib. Qaradağ rayon məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib, C.Hacıyevin köçürülmə müddəti daha iki ay artırılıb. C.Hacıyev yanvarın 15-nə qədər 1 saylı Bakı İstintaq Təcridxanasında qalacaq".

 

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il azadlıqdan məhrum edilib.

 

Daha sonra C.Hacıyev və daha 25 nəfərə qarşı cinayət işi başlanıb.

 

C . Hacıyev də həmin cinayət işi üzrə istintaqa cəlb edildiyi üçün istintaq materialları ilə tanış olmaq məqsədilə 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.


Yazarlar