Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bayrağıma qurban olum

  13
18:40 09-11-2018
Şriftin ölçüsünü dəyiş  

Zəhra Əliyeva,

Bakı şəhər Binəqədi rayon 276 saylı tam orta məktəbin 6ç sinif şagirdi.

 

Göy rəngi - göylərin ənginliyidir,

Qırmızı - tarixin zənginliyidir,

Yaşılı - sabahın ümid rəngidir,

Bayrağıma qurban olum!

 

Ər yurdudur, ər kəndidir,

Şuşa, Laçın, Xankəndidir. 

Qürur yeri, and yeridir,

Bayrağıma qurban olum!

 

O, gücümdür, qüvvətimdir,

Istiqlalım, qüdrətimdir!

Allaha əmanətimdir,-

Bayrağıma qurban olum!

 

Cəngi kimi havalansın,

Başım üstə dalğalansın,

100 yaşına 100 calansın!

Bayrağıma qurban olum!

 

*****

Vətənçün yaşamaq istəyirəm mən!

 

Mənim dualarım Vətən doludur, 

"Vətən"lə başlayır arzularım da.

Elə yaşayım ki, ömür sürüm ki,

Vətənim göyərsin arzularımda!

 

Adını ucaldıb əməllərimlə,

Zirvəyə daşımaq istəyirəm mən.

Vətənçün ölmək də gözəldir, amma

Vətənçün yaşamaq istəyirəm mən!

 


Yazarlar