Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Göygöl sakinini şantajla hədələyən tutuldu 

  12
17:15 09-11-2018
Şriftin ölçüsünü dəyiş  

Göygöl sakinini sosial şəbəkədə videosunu yayacağı ilə hədələyib pul tələb edən şəxs saxlanılıb.

Bu haqda Paralel.az-a Daxili İşlər Nazirliyindən bildirilib. 

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Göygöl rayon sakini E.Məmmədov naməlum şəxsin onu videoya çəkərək sosial şəbəkədə yayacağı ilə hədələyib 50 manatını aldığını bildirib.

Məlumatla əlaqədar əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə həmin şəxsi müəyyən ediblər. Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


Yazarlar