Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ekologiya Nazirliyi pulsuz tinglər payladı +

  13
15:40 09-11-2018
Şriftin ölçüsünü dəyiş  

Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq “Hər ailə ağac əksin” devizi altında keçirilən aksiya vətəndaşların fəal iştirakı ilə başa çatıb.

Paralel.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan ağac əkilməsinin təşviqi kampaniyasında əhaliyə ümumilikdə 6000-ə yaxın müxtəlif cinli ağac tingi  paylanılıb.

 Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçirilən aksiya zamanı mütəxəssislər tərəfindən vətəndaşlara  ağacların əkilməsi və onlara qulluq göstərilməsi qaydaları izah olunub.

“Hər ailə ağac əksin” devizi altında keçirilən kampaniya 12,17 noyabr 2018-ci il tarixlərində daha kütləvi xarakter alaraq ölkənin digər regionlarında davam etdiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.


Yazarlar