Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan UEFA reytinqində irəliləyib +

  17
11:05 09-11-2018
Şriftin ölçüsünü dəyiş  

Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

 

Paralel.az-ın "Report"a istinadən məlumatına görə, aktivindəki xallarının sayını 19,000-ə çatdıraraq bir pillə irəliləyən Azərbaycan 26-cı pilləyə yüksəlib.

Bu, "Qarabağ"ın IV turda Ukraynada "Vorskla" üzərində 1:0 hesablı qələbəsi sayəsində mümkün olub.

Aktivinə 0,500 xal əlavə edən Azərbaycan 26-cı pillədə yer alsa da, daha yuxarı pilləyə də irəliləmək imkanına malikdir. 19,250 xalla 25-ci yerdə qərarlaşan Polşanın avrokuboklarda təmsilçisi qalmayıb.

Bu isə o deməkdir ki, "Qarabağ" bu mövsüm Avropa Liqasının qrup mərhələsində növbəti xallarını qazana bilsə, bu ölkəni də geridə qoyacaq.


Yazarlar