Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Nazir Fond rəhbəri ilə saziş imzaladı

  21
21:40 08-11-2018
Şriftin ölçüsünü dəyiş  

Xarici işlər naziri Elmar Məmmədyarov Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Paralel.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə Fond arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Fondun prezidenti G.Əfəndiyeva təşkilatın həyata keçirdiyi müxtəlif layihələr və Türk Dünyasının ümumi mədəni dəyərlərinin təbliğinə yönəldilmiş tədbirlər barədə məlumat verib.

Tərəflər həmçinin qardaş təşkilatların fəaliyyətlərini əlaqələndirmək və ümumi məqsədlərə nail olmaq üçün bir-birlərinin səylərini dəstəkləməyin zəruriliyini vurğulayıblar.

Görüşün sonunda xarici işlər naziri E.Məmmədyarov və Fondun prezidenti G.Əfəndiyeva “Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Yerləşmə Ölkəsi haqqında Sazişi imzalayıblar.

 


Yazarlar