Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Mədəniyyət+Afişa” nəşrinin ilk sayı böyük maraqla qarşılanıb - FOTO +

  25
19:06 08-11-2018
Şriftin ölçüsünü dəyiş  

“Mədəniyyət” qəzetinin yeni çapdan çıxan “Afişa” əlavəsi noyabrın 8-də “Park Bulvar” ticarət mərkəzində də paytaxt sakinlərinə və şəhərimizin qonaqlara təqdim edilib. Layihə Mədəniyyət Nazirliyi və “ASAN Könüllüləri" təşkilatının dəstəyi ilə həyata keçirilib.

 

Paralel.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanaraq çap olunan nəşrin məqsədi paytaxt sakinlərini, eləcə də Bakıya gələn qonaqları şəhərdəki mədəniyyət ocaqlarının fəaliyyəti barədə məlumatlandırmaq, həmin məkanlara marağı daha da artırmaq, əhalinin mədəni istirahətinin daha dolğun təşkili üçün mədəniyyət müəssisələrinin fəaliyyətini təşviq etmək, onlara informasiya dəstəyi verməkdir.

 

Nəşrdə noyabr ayı üzrə Bakı şəhərindəki teatr və konsert müəssisələrinin aylıq repertuarı, sərgi salonlarının, kino nümayişi mərkəzlərinin afişası ətraflı şəkildə oxuculara təqdim olunur. Nəşrdə repertuar və afişalarla bərabər, müvafiq mədəniyyət ocağının ünvanı, telefon nömrələri qeyd olunub, ayrı-ayrı tamaşalar, konsert, film və sərgilər haqqında, onların mövzusu, yaradıcı heyəti barədə qısa yazılar, fotolar da verilib.

 

“Mədəniyyət+Afişa”nın ilk sayı paytaxtın sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Onlar layihənin əhəmiyyətini qeyd edərək belə aksiyaların davamlı olacağı ilə maraqlanıblar. Diqqətə çatdırılıb ki, nəşrin ayda bir dəfə çap olunması və yayılması planlaşdırılır. Mədəniyyət Nazirliyinin həyata keçirdiyi layihələrlə bağlı da məlumat verilib.

 

Qeyd edək ki, “Mədəniyyət+Afişa” gün ərzində 1 saylı “ASAN Xidmət” mərkəzində, metronun “Elmlər Akademiyası” və “İçərişəhər” stansiyalarında da pulsuz olaraq əhaliyə paylanılıb

Yazarlar