Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Binəqədidə “İstiqlalın əbədiyyət sancağı”  tədbiri keçirilib +

  21
16:25 08-11-2018
Şriftin ölçüsünü dəyiş  

7 noyabr Binəqədi Rayonu İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayonu Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə “ 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 12 noyabr- Azərbaycan Respublikasının Konstitusiya günü ”nə həsr edilmiş “İstiqlalın əbədiyyət sancağı” adlı tədbir keçirilib.

Paralel.az xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Azərbaycan alimi, tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Solmaz Tohidi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sektor müdirləri İntiqam Eyvazov, Fərrux Seyidov, rayon ictimaiyyəti və rayonun fəal gəncləri iştirak etdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Çıxış edən Azərbaycan alimi, tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Solmaz Tohidi bayrağın dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq, bir sözlə müqəddəslik rəmzi olduğunu qeyd etdi. Natiq ən böyük səltənət sahiblərinin, cahangirlər, hökmdarların, dünya şöhrətli sərkərdələrin, sərdarların belə bayraq önündə diz çökməyi, bayrağın ətəyindən öpməyi özlərinə şərəf - şan bildiklərini qeyd etdi.

Çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bayrağa, vətənə olan sevginin insanlara, xüsusilə gənclərə aşılanmasının hər kəsin əsas vəzifəsi olduğuna toxundu. Natiq bu müqəddəs vəzifənin layiqincə yerinə yetirilməsində ən böyük örnəyi Prezident İlham Əliyevin göstərdiyini vurğulayıb. Ramiz Göyüşov ölkə rəhbərinin Azərbaycanın tərəqqisi və çiçəklənməsi uğrunda yorulmaz fəaliyyətinin əsasında məhz Vətən sevgisi dayanığını qeyd etdi.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sektor müdirləri İntiqam Eyvazov və Fərrux Seyidov çıxışları zamanı Azərbaycanın ilk konstitusiyasının dövlət hakimiyyətlərinin bölgüsü prinsipi əsasında təşkil olunduğunun müəyyən etdildiyini bildirdilər. Natiqlər Heydər Əliyevin rəhbərliyi ilə ərsəyə gəlmiş konstitusiyamızın əsas prinsiplərinin azad və müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablandığını qeyd etdilər.

Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkdi. Yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışan natiq ümummilli lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən Dövlət Bayrağımıza olan münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu nəzərə çatdırdı. Vüsar İsmayılov XX əsrin sonlarına doğru gedən demokratik islahatların  yeni konstitusiya aktının tezliklə qəbul olunmasını  tələb  etdiyini qeyd etdi.O, Prezident Heydər Əliyevin rəhbərliyi ilə keçən  komissiyanın ilk iclasında  layihədə ümumbəşəri dəyərlərin, xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınmasının  əsas vəzifə olaraq qarşıya qoyulduğunu bildirdi.

Çıxışlar bitdikdən sonra Binəqədi Rayonu İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayonu Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə “ 9 noyabr -  Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 12 noyabr- Azərbaycan Respublikasının Konstitusiya günü”nə həsr edilmiş şeir, rəsm və inşa müsabiqələrinin qalibləri təltif edildi.

Tədbir bədii hissə ilə davam etdirildi.

 


Yazarlar