Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Əhliman Əmiraslanovun seçiciləri Milli Məclisə gəldi

  19
16:15 08-11-2018
Şriftin ölçüsünü dəyiş  

Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik  Əhliman Əmiraslanov bu gün Milli Məclisdə vətəndaşları növbəti dəfə qəbul edib.

 

Paralel.az xəbər verir ki, qəbulda həm Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan və müxtəlif problemlərin həllində köməklik istəyən seçicilər, həm də Milli Məclisin Səhiyyə komitəsinə səhhətində olan problemlərlə bağlı müraciət edən insanlar iştirak edib.

Qəbul zamanı süni mayalanma və digər müxtəlif cərrahi əməliyyatlar o cümlədən orqan köçürülməsi ilə bağlı müraciətlər olub. Müraciət edən seçicilər isə əsasən sosial problemlərlə bağlı şikayətlərini deputata çatdırıblar.

 

Əhliman Əmiraslanov qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını qeyd edərək, müraciət edən vətəndaşları narahat edən bəzi problemlərin aradan qaldırılması məqsədilə aidiyyatı üzrə müvafiq orqanlara müraciətlər ediləcəyini bildirib.

 


Yazarlar