Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bu il Bakıda iki yeni metrostansiya açılacaq  

  20
16:10 08-11-2018
Şriftin ölçüsünü dəyiş  

Hazırda Metropolitenin III-bənövşəyi xəttinin tikintisi davam etdirilir və ilin sonunda ilk iki stansiyanın istismara verilməsi nəzərdə tutulur.

 

Paralel.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin İstismar üzrə Baş mühəndisi Əlixan Osmanov bildirib.

 

Qurum rəsmisi bəzi çətinliklərin olduğunu vurğulayıb:

“Metropolitenin baş layihəçisi olan Fransanın “SYSTRA” şirkəti işlədiyi müddət ərzində yalnız konsepsiyanı irəli sürüb və ümumi istiqamətlər verməklə məşğul olub. Qısa müddətdə “Bakımetrolayihə” institutunun işi canlandırılıb və ən zəruri layihələr hazırlanıb. Onun nəticəsidir ki, ilin sonunda iki stansiyanın istismara verilməsi nəzərdə tutulur”.

 

Onun sözlərinə görə, Bənövşəyi xətin digər stansiyalarının tikintisində işlər davam etdirilir.


Yazarlar