Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakı metrosu yeni vaqonlar aldı  

  19
15:45 08-11-2018
Şriftin ölçüsünü dəyiş  

Metro vaqonları parkının plana uyğun surətlə yeniləşdirilməsi nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla Azərbaycan hökümətinin yardımı sayəsində Bakı Metropoliteni sıx əməkdaşlıq etdiyi Fransanın “Alstom” və Rusiyanın «Metrovaqonmaş» şirkətlərinin birgə istehsalı olan ən müasir, sərnişin üçün yüksək konforta malik 15 ədəd vaqon alınıb.

 

Paralel.az-ın məlumatına görə, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, vaqon parkının artması saatda 30 cüt qatarın hərəkət cədvəlinə keçməyə və hərəkətin intensivliyini artırmağa imkan verilib:

"İnkişafın və yenidənqurmanın davamı olaraq, 2018-ci ildə «Metrovaqonmaş» şirkətindən 10 vaqon alınıb. Sərnişilərin rahatlığından və xidmət mədəniyyətinin yüksəldilməsindən ötrü bütün stansiyaların vestibüllərində interaktiv–sensorlu məlumat köşkləri qurulub. Şəhərin xəritəsi üzərindəki Bakı metropoliteni xətlərinin interaktiv sxemindən başlanğıc və sonuncu stansiyaların adlarını seçməklə sərnişin öz hərəkət marşrutu haqqında, stansiyalar və keçidlər (əgər varsa), mühüm məişət, mədəni, təhsil, nəqliyyat və s. obyektlər barədə məlumat əldə edə bilir. Bu il həmin köşklərin imkanları genişləndirilib, sərnişinlərə məlumatlar daha da ətraflı çatdırılır”.

 

Qurum rəsmisi qeyd edib ki, məlumatların daha da dolğun və görüntülü olması üçün bütün stansiyalarda olan sərnişin informasiya sisteminin monitorları dəyişdirilərək ən yenilərilə əvəz olunub.


Yazarlar