Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Elmira Axundova ünvanlı sosial yardımın ləğvini İSTƏDİ

  16
12:30 08-11-2018
Şriftin ölçüsünü dəyiş  

“Bu gün Azərbaycanda doğum əvvəlki illərlə müqayisədə aşağı düşüb. Bunun qarşısının alınması istiqamətində yeni doğulan uşaqlara ayrılan müavinətin həcmi artırıla bilər”.

 

Paralel.az-ın məlumatına görə, bunu deputat Elmira Axundova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, bu gün bir çox ailələr yeni doğulan uşağa ayrılan birdəfəlik müavinəti əldə etməyi özünə sığışdırmır:  

 

“Çünki hər birimizə məlumdur ki, bu gün yeni doğulan uşağın xərci ona ayrılan müavinətin rəqəmindən 10 dəfə çoxdur. Bu baxımdan heç olmasa ailələrdə ikinci və üçüncü uşaqlar dünyaya gələndə onlar üçün birdəfəlik müavinətin məbləği birinci uşaqla müqayisədə 100-200 manat artıq olsun. Bu, gənclərimizi stimullaşdıra bilər”.

 

E. Axundova qeyd edib ki, bu gün ən çox rast gəlinən problemlərdən biri ünvanlı sosial yardımla bağlıdır.

 

“Ünvanlı sosial yardım birdəfəlik ləğv olunsa daha yaşı olar. Bunun tamamilə özünüməşğulluqla əvəz olunması daha təqdirə layiq olar. Ünvanlı sosial yardım uşaq pulu ilə də əvəz oluna bilər”.


Yazarlar