Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakıda daha bir süpürgəçini maşın öldürdü

  16
11:50 08-11-2018
Şriftin ölçüsünü dəyiş  

Daha bir süpürgəçi qadını avtomobil vuraraq öldürüb. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Paralel.az-a açıqlamasında faktı təsdiqləyib.

 

O bildirib ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb:

 

“Piyada ölümü ilə nəticələnən yol-nəqliyayt hadisəsi baş verib. 90 DX 135 “Hunday” markalı avtomobil 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızını vurub. Təəssüf ki, qadın hadisə yerində dünyasını dəyişib”.

 

V.Əsədov bildirib ki, süürücü Şirinov Murğuz Yavər oğludur. Faktla bağlı araşdırma başalyıb.


Yazarlar