Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Məktəblərdə davamiyyət problemi yoxdur – RƏSMİ

  16
10:35 08-11-2018
Şriftin ölçüsünü dəyiş  

Dünən gecədən başlayaraq paytaxtda və bölgələrdə yağışlı hava müşayiət olunur. Paytaxtın bəzi yollarında yağış problemlər yaradıb. Səhər saatlarında küçələrdə gölməçələr yarandığından piyadaların hərəkəti üçün də maneələr yaranıb.

Bəs paytaxt və bölgələrdə məktəblərin davamiyyəti necədir?

Paralel.az qurumlardan hava şəraitinin davamiyyətə təsir edib-etməməsi barədə öyrənməyə çalışıb.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, davamiyyətin aşağı düşməsi qeydə olunmayıb.

 

“Nazirliyə məktəblərdə davamiyyətin aşağı düşməsi barədə heç bir məlumat daxil olmayıb. Hər hansı kütləvi dərsdən yayınma halları qeydə alınmayıb”.

Bakı Şəhəri Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov də paytaxt məktəblərində davamiyyətin normal olduğunu bildirib.

 

“Bugünkü hava şəraitinin məktəblərə heç bir təsiri yoxdur. Davamiyyət normaldır. Adi günlərdən heç bir fərqi yoxdur”

 


Yazarlar