Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Şəmkirdə ər arvadına balta ilə xəsarət yetirdi

  33
23:20 07-11-2018
Şriftin ölçüsünü dəyiş  

Şəmkirdə ər həyat yoldaşını baltalayıb. Paralel.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

 

Kənd sakini, 1988-ci il təvəllüdlü Əliyev Ələkbər Müzəffər oğlu balta ilə həyat yoldaşı, 2000-ci il təvəllüdlü Mehdixanova Nərmin Famil qızının baş nahiyəsinə bir neçə zərbə endirərək, ona ağır xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

İlkin məlumatlara görə, N.Mehdixanova ilə Ə. Əliyev yeni ailə qurublar. Hadisənin başvermə səbəbi hələ məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.


Yazarlar