Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Beyləqanın icra başçısı kadr problemi ilə üzləşib

  108
18:52 07-11-2018
Şriftin ölçüsünü dəyiş  

Kadrların seçilib yerləşdirilməsindən çox şey asılıdır

 

Beyləqana yeni təyin olunmuş icra başçısı fəaliyyətə rayon ağsaqqalları ilə görüşdən başlayıb. Görüş iştirakçılarından əldə etdiyimiz məlumata görə, görüş iştirakçılarının əksəriyyətinin məmurlar olduğu toplantıda Asif Ağayev insanları dinləyərək, Beyləqanda mövcud olan problemləri ilə tanışlığa üstünlük verib.

Maraqlıdır ki, toplantı-görüşdə sabiq icra başçısının rayonda törətdiyi dağıdıcılıq işləri barədə heç kim geniş danışmayıb. Danışanların əksəriyyəti daha çox rayona yeni təyin olunmuş icra başçısını təbrik etməklə, ona işində uğur arzu ediblər. Asif Ağayev rayondakı ağır durumla bağlı sətiraltı ifadələr işlətsə də, konkret olaraq heç kimin ünvanına tənqid səsləndirməyib.

Mənbənin bildirdiyinə görə, Asif Ağayev Beyləqanda kadrların mənəvi-psixoloji durumun yaxşı olmadığını bilsə də, hələlik hər hansı ciddi kadr islahatları aparmaq fikirində olduğunu bildirməyib. Bunun əsas səbəbinin isə, rayonda ehtiyat kadrların çatışmazlığı ilə bağlı olduğunu bildirən mənbə icra başçısının kadrlarla bağlı hansı addımlar atacağının bəlli olmadığını söyləyib.

Qeyd edək ki, Asif Ağayev bundan əvvəl Şamaxı rayonunun icra başçısı vəzifəsində çalışıb və işlədiyi 5 il müddətdə fəaliyyəti ölkə mətbuatında ciddi tənqid olunub.

Yazarlar