Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

99 şəhid ailəsi birdəfəlik ödəmələrə görə şikayət ərizəsi yazıb

  35
18:00 07-11-2018
Şriftin ölçüsünü dəyiş  

"Vaxtilə sığorta ödənişi alan şəhid hərbi qulluqçuların vərəsələri tərəfindən 200-dən çox ərizə daxil olub. Onların arasında kollektiv formada və ya fərdi qaydada ərizələr də var".


Paralel.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Sığorta Kommersiya Təşkilatının İdarə heyətinin sədr müavini Aftandil Hacıyev jurnaslitlərə açıqlamasında bildirib.

 

A.Hacıyev qeyd edib ki, gələn şikayətlərin 20-30 faizi araşdırılıb:

“Ümumilikdə vərəsələrə verilən ödənişləri almadığını bildirən 99 nəfər ərizə yazıb. Amma onlar heç ad yazmayıb və hansı şəhidin yaxını olduğunu demirlər. Sadəcə nömrə qoyublar. Biz onların hər biri ilə əlaqə saxlamışıq. Gələn hər bir şikayət araşdırılır”.

 

Sədr müavini deyib ki, digər şikayətlərə aidiyyatı qurumlardan sənəd alındıqdan sonra cavab veriləcək.

 

Yazarlar