Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qatarla avtobusun toqquşmasında ağır yaralanan gəncin köməyə ehtiyacı var +

  16
16:25 07-11-2018
Şriftin ölçüsünü dəyiş  

Bu ilin oktyabrın 1də Binədə qatarla avtobusun toqquşması nəticəsində xəsarət alan Novruz Salmanova görə kampaniya başladılıb.

Bu haqda Paralel.az-a Novruzun dostları bildirilib.

 

Qeyd edək ki, Novruz ilk olaraq Sabunçu xəstəxanasına aparılıb.

 

6 oktyabrda isə Mərkəzi Klinikaya köçürülüb. Novruz gündən bəri komadadır. Ayaqlarında 2 yerdə qırıq var, qaraciyəri parçalanıb, qabırğaları və almacıq sümükləri qırılıb, beynində isə qan yığılıb.

 

Bu günə qədər 8 dəfə əməliyyat keçirən Novruzun bundan sonrakı əməliyyatı və müalicəsi üçün pula ehtiyac var. 

Yardım etmək istəyənlər 0775352177 nömrəsi ilə əlaqə saxlaya bilərlər. 

 

Oktyabrın 1-də Bakının Binə qəsəbəsində 160 saylı sərnişin avtobusunun yük qatarı ilə toqquşması nəticəsində 3 nəfər ölüb, azı 42 nəfər yaralanıb. Ölənlərdən biri 12-13 yaşlarında məktəbli olub.

 

Baş Prokurorluq bildirmişdi ki, fakta görə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi üzrə cinayət işi başlanıb.

Avtobus sürücüsü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Baş Prokurorluq bildirib ki, istintaqda hadisə baş verən gün sürücünün tibbi müayinədən keçirilmədən reysə buraxılması müəyyən edilib və marşrut xəttinin aid olduğu "Ayşən LTD" MMC-nin dispetçeri barəsində də həbs qətimkan tədbiri seçilib.


Yazarlar