Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakının iki rayonunda əməliyyat: Həbslər var

  19
12:45 14-10-2018
Şriftin ölçüsünü dəyiş  
Bakının Sabunçu rayonunda avtomobil oğurlanıb.
 
Paralel.az Teleqraf.com-a istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə oktyabrın 4-nə keçən gecə Bakıxanov qəsəbəsi ərazisindən qəsəbə sakini Vüqar Niftəliyevin "VAZ-2107” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.
 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsi oktyabrın 11-də saat 22 radələrində Ramana qəsəbəsi ərazisində hərəkətdə olarkən onu qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Faiq Alıyevlə birgə saxlanılıb.
 
Bundan başqa, sentyabrın 28-də Nəsimi rayonu H.Seyidzadə küçəsindən Bakı şəhər sakini Çingiz Feyzullayevin "Mercedes” markalı avtomobilinin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
 
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də məhkum olunmuş Rövşən Şahnəzərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Yazarlar