Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Jurnalistlər binasında yolun əks tərəfindəki dayanacaq yenilənir

  19
12:25 14-10-2018
Şriftin ölçüsünü dəyiş  

Xəbər verdiyimiz kimi bir neçə həftə bundan qabaq Bakıda əsən güclü külək Bayıl qəsəbəsində avtobus dayanacağına ciddi ziyan vurub. Belə ki, külək güclü olduğundan  "Jurnalistlər binası”nın yanındakı dayanacağı uçurub. Avtobus dayanacağının şüşələri çilik-çilik olub.

Artıq “Jurnalistlər binası”nın qarşısında yeni dayanacaq quraşdırılıb.

Lakin ortaya  digər məsələ çıxıb. Belə ki, iddialara görə yeni dayanacaq quraşdırılarkən, yolun o tərəfindəki dayanacaqdan istifadə olunub. Yəni onu çıxarıb binanın qarşısına quraşdırıblar.

Məsələ ilə bağlı  Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Paralel.az-a  bildirib ki, bir neçə gündən sonra yolun o tərəfindəki dayanacaq da istifadəyə veriləcək.

“Bildiyiniz kimi, Salyan şosesi 22 ünvanında (Jurnalistlər binasının qarşısı) güclü külək nəticəsində yararsız vəziyyətə düşən dayanacaq pavilyonu yenisi ilə əvəzlənib. Yolun əks tərəfində isə pavilion yenidən qurulur. Möhkəmləndirmə işləri görülüb. Bir neçə gün sonra pavilyonun hissələri montaj olunacaq”.


Yazarlar