Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Prezident gələcək arvadı ilə ilk dəfə 15 yaşında görüşüb - Sevgi TARİXÇƏSİ  

  35
02:35 14-10-2018
Şriftin ölçüsünü dəyiş  

40 yaşlı Fransa prezidenti Emanuel Makronun xanımı Bricit Makronun 65 yaşı olduğunu yəqin ki, çoxları bilir. Bilməyənlər üçün maraqlı olar, E.Makron hələ 15 yaşında liseydə oxuyarkən, 3 uşaq anası olan Bricit ona “Ədəbiyyat və aktyor bacarıqları” fənnindən dərs deyib. İlk başlanğıcdan Makron öz müəlliməsinin sevimlisinə çevrilib. Müəlliməsi Emanuel ilə birlikdə Pinteranın pyeslərini və Delyozanın işlərini müntəzəm olaraq müzakirə edirmiş.

Onların tez-tez təmasda olmaları qısa zaman ərzində intellektual səviyyədən şıxaraq, duyğusal hisslərə çevrilir. Bricit anlayır ki, bu dəlilikdir və Emanuel onun üçün çox kiçikdir. Lakin Emanuel da ona qarşı olan hisslərini cilovlaya bilmədiyini, istəyinin ciddi olduğunu bildirir.

Beləliklə, Emanuel Makron həddi buluğa çatdıqdan sonra da onların daimi təmasda olmaları əsl sevgi romanına çevrilir və 2006-cı ildə 3 uşaq anası Bricit öz həyat yoldaşından rəsmi olaraq boşanır.

Bu yenilik bir rəzalət kimi onların yaşadığı kiçik şəhərdə geniş səs-küyə səbəb olur və olay şəhərin mühafizəkar sakinləri tərəfindən qınaq obyektinə çevrilir.
Gənc Emanuelin valideynləri bu rəzalətə son qoymaq üçün onu təcili olaraq Parisə təhsilini davam etdirməyə göndərirlər.
Emanuel Makron isə deyir: “Bu  hələ  son  deyil.”

 
Nəhayət inadlarından əl çəkməyən sevgililər 2007- ci ildə rəsmi olaraq evlənirlər.


İsmayıl Tanrıverdi


Yazarlar