Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Tramp Səudiyyə Ərəbistanını təhdid etdi

  22
17:50 13-10-2018
Şriftin ölçüsünü dəyiş  

ABŞ prezidenti Donald Tramp jurnalist Camal Kaşıkçının cinayət ehtimalını aydınlaşdıracaqlarını bəyan edib.

 

Paralel.az CBS kanalına istinadən xəbər verir ki, Tramp bu ehtimalın təsdiq olunacağı təqdirdə rəsmi Ər-Riyadı sərt cəza gözlədiyini bildirib.

 

“Əgər bu belədirsə biz çox məyus və narazı olacağıq. Hələ ki onlar bunu inkar edirlər. Biz həqiqəti aşkarlamaq niyyətindəyik. Və sərt cəza olacaq ” – ABŞ prezidenti kanalın “60 dəqiqə” proqramına müsahibəsi zamanı qeyd edib.

O, krallığı milyardlarla dollarıq silah sifarişindən məhrum etmək istəmədiyini ifadə edib.

Tramp bu hadisənin təsdiq olunacağı təqdirdə Səudiyyə Ərəbistanına qarşı müəyyən bir məhdudlaşdırıcı tədbirlərin tətbiqi istisna etməyib.

Xatırladaq ki, “The Washington Post” nəşrinin əməkdaşı Camal Kaşıkçı sənədlərlə bağlı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı  konsulluğuna çağırılıb. O, nişanlısı ilə birgə gəlsə də konsulluğa yalnız onu buraxıblar və binaya girdikdən sonra ondan bir daha xəbər alınmayıb. Daha çox Səudiyyə Ərəbistanı hakimiyyətini tənqid etməklə məşğul olan jurnalistin vəliəhd Məhəmməd Bin Salman Əl Səudun sifarişi ilə öldürüldüyü iddia olunur.

Qeyd edək ki, jurnalistin yoxa çıxması ilə əlaqədar yaranmış böhran artıq bir sıra qərb şirkətlərinin krallıq sərhədlərindəki fəaliyyətlərinə bir daha nəzər salmağa vadar edib.

 

İddialara görə, Kaşıkçı Səudiyyə Ərəbistanından gələn xüsusi qrup tərəfindən mişarla doğranıb və onun cəsədi hissələr şəklində konsulluqdan çıxarılıb.

 

Bununla yanaşı, ABŞ kəşfiyyatı da krallıq səlahiyyətlilərinin onu ələ keçirmək üçün planlar qurduqlarının səs yazısını əldə edib.

 


Yazarlar