Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Mənəvi keyfiyyəti ilə nümunə olub” +

  25
17:45 13-10-2018
Şriftin ölçüsünü dəyiş  

1992-ci ildən başlayaraq Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə  hər il oktyabr ayında “Ümumdünya Psixi Sağlamlıq Günü” kimi qeyd olunur. Belə bir beynəlxalq tədbir Azərbaycanda da  “Loqos” psixoloji və nitq inkişaflı mərkəzində qeyd olunub.

 

Tədbirdə ölkəmizin tanınmış ziyalıları, hüquqşünaslar, təhsil təşkilatçıları və deputatlar iştirak edib. Giriş nitqi ilə iclası açan Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunun şöbə müdiri, professor Elmira Mirzəyeva praktik  psixi yardımın ölkə üçün nə qədər əhəmiyyətli olduğundan ətraflı danışıb. O qeyd edib ki, bu istiqamətdə ölkəmizdə ilk dəfə İsa Məmmədovun rəhbərliyi ilə  1988-ci ildən başlayaraq ömrünün sonunadək Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun direktoru vəzifəsinə gəldikdən sonra  sistemli ardıcıl işlər aparılıb.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib  ki, İsa Məmmədov Lənkəranda  çalışdığı on bir il ərzində tikib-qurub.

 

Və mənəvi keyfiyyəti ilə nümunə olub, kadr hazırlığı məktəbi yaratmış Heydər Əliyev dühasının rəhbərliyi altında dövlətçiliyə sədaqət nümunəsi göstərib.

 

İsa Məmmədovun oğlu, texnika elmləri doktoru Əli Məmmədov bu problemlərlə bağlı öz fikirlərini bölüşməklə yanaşı atasının psixologiya sahəsindəki praktik fəaliyyətinə verilən yüksək qiymətə görə tədbir iştirakçılarına öz dərin təşəkkürünü və razılığını bildirib.


Yazarlar