Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Kəşfiyyat məlumatı Rusiya raketləri ilə bağlı yalanı üzə çıxardı

  29
16:10 13-10-2018
Şriftin ölçüsünü dəyiş  

Rusiya hipersəs raketlərinin istehsalı prosesində problemlərlə üzləşib.

Paralel.az CNBC kanalına istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının əldə etdiyi məlumatlarla tanış mənbə bu problemin materialların keyfiyyəti ilə bağlı olduğunu söyləyib.

 

Mənbənin sözlərinə görə raketin hazırlanması üçün istifadə edilən hazırki materiallar öz keyfiyyəti ilə rusları qane etmir.

 

“Hipersəs raketin korpusu atmosferə təkrar daxil olarkən istiliyə tab gətirmir və nəticədə daxili sistemlər iş prosesini dayandırır. Ona görə də ruslara daha keyfiyyətli material lazımdır. Yaxın zamanlarda yeni sınaq olacaq. Onlar hazırki, materialın istilikdən yetərli qoruma təmin etmədiyini düşünürlər” – mənbə bildirib.

 

Qeyd edək ki, kanalın bu məlumatı Rusiya hakimiyyətinin hipersəs raketlərinin artıq istehsalata başladığı ilə bağlı bəyanatına ziddiyyət təşkil edir.

 

Xatırladaq ki, bu ilin martında Rusiya prezidenti Vladimir Putin ölkəsinin fantastik silahlara malik olduğunu söyləmişdi. Bunların sırasında hipersəs raketlərinin də adı çəkilirdi. 


Yazarlar