Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Avtobusda cibgirlik edən saxlanıldı

  22
14:55 13-10-2018
Şriftin ölçüsünü dəyiş  

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində ictimai nəqliyyat, insanların sıx olduğu yerlərdə cibgirlik edən Bakı şəhər sakini Elnur Hüseynov saxlanılıb.

Bu haqda Paralel.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Araşdırma zamanı onun 46 saylı sərnişin avtobusunda bir qadının çantasından 50 manat pul oğurladığı məlum olub. Saxlanılan şəxs ifadəsində tərətdiyi cinayəti etiraf edib.

Qeyd edək ki, E.Hüseynov metrostansiyalarda cibgirlik etdiyi üçün bir dəfə saxlanılaraq məsuliyyətə cəlb olunub. Sonuncu faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Gördüyünüz bu şəxsin digər analoji cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya  Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

 


Yazarlar