Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Kanalizasiya sisteminin olmaması sürüşməyə səbəb olur- Eldar Əzizov

  16
11:55 13-10-2018
Şriftin ölçüsünü dəyiş  

Ekspertlər Badamdar yolunda sürüşmənin səbəbini araşdırır, amma deyərdim ki, bu ərazidə kanalizasiya sisteminin olmaması səbəblərdən biridir.

Paralel.az xəbər verir ki, bunu sürüşmə zonasında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Eldar Əzizov deyib.

 

O bildirib ki, hətta burada yaşayış olmayan zaman, XVIII əsrdə də sürüşmələr qeydə alınıb: “İnsanların fəaliyyəti sürüşmə prosesin sürətlənməsinə təkan verib. Bu sürüşməni yalnız kanalizasiya sisteminin olmaması ilə bağlamaq olmaz. Ekspertlər araşdırıb rəy bildirəcəklər. Hər halda bugünkü vəziyyət təhlükəlidir, ekspertlərin rəyi olduqdan sonra dəqiq nəsə deyə bilərik”.

 

E.Əzizov vurğulayıb ki, bütün təhlükəsizlik tədbirləri görülür: “Gördüyünüz kimi, rayon və şəhər icra hakimiyyətlərinin, Nazirlər Kabinetinin və digər müvafiq qurumların nümayəndələri buradadır, postlar qurulub, proses müşahidə edilir”.

 

O deyib ki, hazırda sürüşmə prosesi aktivdir. O, həmin ərazidə olan tikililərə də münasibət bildirib: "Bu tikililər yeni deyil. Hər halda o vaxt tikintiyə icazə verən şəxslər də məsuliyyət daşımalıdırlar. Onlar gərək götür-qoy edərdilər ki, burada tikinti işləri aparmaq olar, ya yox. Çünki burada həmişə sürüşmə olub, buranın landşaftı belədir”.

 

Qeyd edək ki, hazırda Səbail rayonu, Badamdar şosesində (Badamdar - 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır. Sürüşmənin dinamikasında aktivlik davam edir.

 

Xatırladaq ki, ötən gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.


Yazarlar