Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Lukaşenko Putinlə “QAZ-69-da gəzintiyə çıxdı - VİDEO

  18
10:10 13-10-2018
Şriftin ölçüsünü dəyiş  

Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya dövlət başçısı Vladimir Putin iki ölkənin regionlarının forumunun Moqilevdəki plenar iclasından sonra bir neçə saatlarını qeyri-rəsmi görüşə ayırıblar.

Bu haqda Modern.az Belarus mətbuatına istinadən xəbər verir.

Lukaşenko rusiyalı həmkarına özünün kiçik vətəninin görməli yerini göstərib. Aleksandriyadakı şəhərcikdə Belarus prezidenti Vladimir Putini "QAZ-69" avtomobilində gəzdirib. Lukaşenko Putinə böyüyüb boya-başa çatdığı evi göstərib. Sonra prezidentlər kənddə gəziblər.

Lukaşenko Rusiya liderini təbii bulaq suyuna və milli içkiyə də qonaq edib.

Xatırladaq ki, ötən ay Bakıda Azərbaycan-Rusiya Regionlararası forumu keçirilib. 

 


VIDEO

Yazarlar