Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Türkiyədə azadlığa buraxılan keşiş vətəninə yola düşdü

  31
00:50 13-10-2018
Şriftin ölçüsünü dəyiş  

Türkiyədə casusluqda ittiham olunaraq azadlıqdan məhrum olunan, dünən azadlığa buraxılan ABŞ vətəndaşı, keşiş Endryu Branson vətəninə yola düşüb. Paralel.az  xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

 

Məlumata görə, o, İzmir hava limanından təyyarə ilə vətəninə uçub.

 

Qeyd edək ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub. İzmir əyalətinin Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəməsi oktyabrın 12-də onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.


Yazarlar