Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Prezidentə qarşı çıxan səfir siyasi sığınacaq istədi

  39
00:35 13-10-2018
Şriftin ölçüsünü dəyiş  

Qırğızıstanın Cənubi Koreyadakı səfiri Kılıçbek Sultan xarici ölkələrin birindən siyasi sığınacaq istəyib. Paralel.az xəbər verir ki, bu barədə Qırğızıstanın “24” informasiya agentliyi məlumat yayıb.

 

Hazırda ailəsi ilə birlikdə Cənubi Koreyada olab səfir hakimiyyətə etibar etmədiyini vurğulayıb: “Daha nə hakimiyyətə, nə də prezidentə etibarım qalmayıb. Qırğızıstanda belə iqtidarı tanımıram. Qırğızıstana qayıtmayacağam”.

 

Qeyd edək ki, sentyabr ayında K. Sultan Bişkekdə keçirdiyi brifinqdə Qırğızıstan xarici siyasət idarəsinin rəhbərliyini çoxsaylı qanun pozuntularında, o cümlədən korrupsiyada ittiham edib. Diplomat bu barədə hökuməti xəbərdar etsə də, cinayət işi açılmayıb.

 

Səfir müvafiq materialları Prezident Aparatına təqdim etdikdən sonra Xarici İşlər Nazirliyində yoxlama aparılıb və pozuntular aşkarlanıb.

 

Baş verənlərin fonunda xarici işlər naziri Erlan Abdıldayev bu gün istefa verdiyini açıqlayıb. Prezident onun istefasını qəbul edib. Eyni zamanda prezident ölkənin Seuldakı səfiri K. Sultanın vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.


Yazarlar