Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qusarda ayı mal-qaranı parçaladı

  36
23:50 12-10-2018
Şriftin ölçüsünü dəyiş  

Qusarda ayı mal-qaraya hücum edib. Paralel.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qusarın Suvacal kəndində, örüşə buraxılan mal-qara ayı hücumuna məruz qalıb.

 

Kənd sakinlərinin sözlərinə görə, kənddə yaşayan Cavid Qayıtmazov, Ərziman İbrahimov və Zabit Qayıtmazovun 3 baş iribuynuzlu heyvanlarını ayı örüş sahəsində parçalayıb.

 

Sakinlər hadisədən bir gün sonra xəbər tutublar.

 

Mal-qarasına ziyan dəymiş sakinlər bildiriblər ki, örüşə gedən heyvanlar geri qayıtmayıb. Onlar ertəsi gün həmin əraziyə baxdıqda görüblər ki, 3 baş inəyi ayı otlaq yerində parçalayıb.


Yazarlar