Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan  samboçuları iki medal qazandı

  32
22:30 12-10-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün Tiflisdə yeniyetmə və gənclər arasında sambo güləşi üzrə dünya birinciliyi start götürüb. Paralel.az xəbər verir ki, çempionatda yeniyetmə və gənclərdən ibarət yığma komandalarımızın heyətində 18 idmançı mübarizə aparır. Yarışların birinci günündə yeniyetmələrdən ibarət komandada mübarizə aparan Vilayət Bayramov (60 kq Gəncə) finala qədər uğurla irəliləsə də, qızıl medalın bir addımlığında büdrəyib.

 

Gənclərin mübarizəsində isə Fuad Məmmədov (62 kq, “Sərhədçi” İK) bürünc medal qazanıb.

 

Beləliklə, komandamızın aktivində 1 gümüş və 1 bürünc medal var.

 

Dünya birinciliyinə oktyabrın 14-də yekun vurulacaq.


Yazarlar