Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Tarixin ən uzun sürən birbaşa reysi həyata keçirilib

  17
21:20 12-10-2018
Şriftin ölçüsünü dəyiş  

“Singapore Airlines” şirkətinə məxsus təyyarə Sinqapurdan Nyu-Yorka mülki aviasiya tarixinin ən uzun sürən birbaşa uçuşunu həyata keçirib. Paralel.az  xarici mediaya istinadən xəbər verir ki, “Airbus A350-900URL” təyyarəsi Sinqapur vaxtı ilə 18:37-də havaya qalxıb və yerli vaxtla saat 05:29-da “Newark Liberty” beynəlxalq hava limanına eniş edib.

 

Beləliklə, “Singapore Airlines” aviakompaniyasına məxsus təyyarə 17 saat 52 dəqiqə havada qalıb və həmin məsafəni planlaşdırılan vaxtdan tez qət edib. Belə ki, Sinqapurdan Nyu-Yorka uçuş müddəti 18 saat 25 dəqiqə çəkməli idi.

 

Uçuş zamanı göyərtəsində 150 sərnişin daşıyan təyyarəyə biletin qiyməti 2 min dollar olub.

 

Buna qədər tarixin ən uzun sürən birbaşa uçuşunu “Qatar Airways” aviakompaniyası həyata keçirmişdi. Dohadan Oklendə uçan təyyarə havada 17 saat qalmışdı.


Yazarlar