Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Smartfonlar bazarda partlayışa səbəb oldu

  20
21:05 12-10-2018
Şriftin ölçüsünü dəyiş  

Bu il oyun üçün hazırlanmış smartfonlar bazarda partlayışa səbəb olub. 2017-ci ilə qədər bu istiqamətdə hərəkətliliyin demək olar ki, heç olmadığını görürük. Paralel.az xəbər verir ki, keçən il satışa təqdim edilən "Razer"in "Razer Phone" oyun telefonu oyun üçün olan smartfonların istehsalına doğru bir başlanğıc oldu. "Razer Phone"dan sonra "Xiaomi Black Shark", "Honor Play", "Nubia Red Magic" və "Asus ROG Phone" kimi oyun mərkəzli telefon modelləri istifadəçilərə təqdim edildi.

 

İndi isə "Razer" şirkəti "Razer Phone 2"ni yeni xüsusiyyətləri, çox inkişaf etmiş bir soyutma sistemi və oyun üçün unikal görünüşü ilə satışa təqdim edir.

 

“Razer Phone 2” texniki xüsusiyyətləri baxımından ən yaxşı qabaqcıl modelləri ilə rəqabət qabiliyyətinə malikdir.

 

 "Qualcomm"un son seti olan Snapdragon 845 ilə təchiz edilmiş "Razer Phone 2" sistemini 8 GB RAM ilə dəstəkləyir. Xüsusi bir soyutma sistemi olan telefon uzun və rəqabətli oyun təcrübəsini təqdim edir.

 

Qurğu 64 GB daxili yaddaşa malikdir və microSD kartı da dəstəkləyir. Bu da o deməkdir ki, həmişə oyunlarınız üçün telefonunuzda kifayət qədər yer olacaq.

 

4000 mAh həcmli batareya ilə təchiz edilmiş telefon Quick Charge 4 + dəstəyi ilə  yalnız bir neçə dəqiqə ərzində batareyanın çox hissəsinin doldurulmasına şərait yaradır.

 

"Razer Phone 2" ABŞ-da 800 dollara, Avropada isə 850 avroya satılacaq.


Yazarlar