Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Diaspor rəhbəri Fuad Muradovun qəbuluna gəlib   

  15
18:10 12-10-2018
Şriftin ölçüsünü dəyiş  

Görüşdə Kanadadakı Azərbaycan icmasının problemləri və s məsələlər müzakirə olunub.

Diasporla İş üzrə Dövlət Komitəsində olan Azərbaycan-Kanada Dostluq Assosiasiyasının rəhbəri Esmira Əsədova Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

Paralel.az xəbər verir ki, görüşdə Kanadadakı Azərbaycan icması, onların problemləri, diaspor təşkilatlarının fəaliyyəti geniş müzakirə edilib. Kanadada Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, ölkəmizin daha yaxşı tanıdılması, Qarabağ həqiqətlərinin təbliği ilə bağlı gələcək planlar barədə ətraflı fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin sədri Fuad Muradov qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı təşkilat rəhbərinə öz tövsiyələrini verib.

Esmira Əsədova hələ 1990-cı illərdə Kanadada Azərbaycan diasporunun formalaşması istiqamətində görülən işlərdən, məhz onun təşəbbüsü və aparıcılığı ilə həmin illərdə Kanadanın ingilis və fransız dilli televiziyasında Azərbaycan dilində proqramların yayımlanmasından söhbət açıb. Daha sonra soydaşımız Diaspor TV-yə müsahibə verib.


Yazarlar