Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik

  14
16:25 12-10-2018
Şriftin ölçüsünü dəyiş  

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Paralel.az-ın məlumatına görə, qanunun 4-cü (Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları) maddəsinin 1-2 bəndi yeni redaksiyada verilib:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sahəsində göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür. Qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.


Yazarlar