Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

BANM-da Layihə İdarəetmə Məktəbinin M4 qrupunun açılışı oldu  

  14
14:45 12-10-2018
Şriftin ölçüsünü dəyiş  

Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) yeni “M4” qrupunun açılış mərasimi keçirilib.

 

 

Paralel.az xəbər verir ki, açılış mərasimində BANM-ın rektoru Elmar Qasımov, BP-də 20 ildən çox təcrübəsi olan, İnformasiya texnologiya və xidmətləri üzrə  layihələrin qrup rəhbəri, eyni zamanda Layihə İdarəetmə Məktəbinin müəllimi Faiq Nəsibov və M4 qrupunun tələbələri iştirak ediblər.

 

Rektor Elmar Qasımov açılış mərasimində hər bir iştirakçı ilə yaxından tanış olub və təlim proqramını uğurla başa vurmağı arzulayıb.

 

Ölkənin aparıcı şirkətlərinin  rəhbər nümayəndələrindən ibarət olan iştirakçıların hər biri özləri haqqında qısa məlumat veriblər.

 

Layihə İdarətmə Məktəbinin yeni M4 qrupunun iştirakçıları sırasına BP, KCADeutag, Azneft İB, Azərsu ASC, Samsung Engineering, Azərtexnolayn, “Akelik Group” ASC, ABB kimi şirkətlərin əməkdaşları daxildir.

 

Qeyd edək ki, SPM proqramı layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək üçün unikal təlim proqramıdır. Proqramı uğurla bitirən iştirakçılar ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatını əldə edirlər. SPM layihənin idarə olunması, layihə menecerləri üçün keyfiyyət, büdcənin idarə olunması, riskin idarə olunması, layihədə liderlik, layihə menecmentinin tətbiqi, layihə menecerləri üçün danışıqların aparılması bacarıqları kimi 7 moduldan ibarətdir.


Yazarlar