Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Prezidentin siyasətinə xələl gətirməməliyik” – Siyavuş Novruzovdan ÇAĞIRIŞ

  14
12:40 12-10-2018
Şriftin ölçüsünü dəyiş  

“Ümummilli lider hakimiyyətə gəldikdən sonra bütün qonşularla dağılan münasibətlər yenidən quruldu və bu gün də bu siyasət uğurla, balanlaşdırılmış şəkildə davam etdirilir”.

 

Paralel.az-ın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında deyib.

 

Azərbaycanı istəməyən qüvvələrin aranı qatmaq istədiyini deyən deputata bildirib ki, bu gün ermənilərin əli ilə ölkəmizə qarşı müxtəlif addımlar atılır.

 

“Bu ilin bir neçə ayı ərzində bir neçə xarici, aparıcı, eləcə də qonşu ölkələrin rəhbərləri Azərbaycana səfər edib, biznes forumlar keçirilib, sənədlər imzalanıb. Bura Rusiya, Almaniya, Türkiyə və digərləri daxildir.

 

Atdığımız addımlarımızla qurulan münasibətlərə xələl gətirməməli, anti -Azərbaycan ab-havasının yaradılmasına imkan verməməliyik”.

 

Deputat qeyd edib ki, hazırda həssas dövrdür. “Hesab edirəm ki, burada oturan hər bir şəxs öz dövlətini sevən biridir. Biz öz əməli fəaliyyətimizlə prezidentin apardığı xarici siyasətə xələl gətirməməliyik”.


Yazarlar