Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Deputat telefon zəngi ilə vətəndaşın problemini həll etdi - FOTO +

  17
12:35 12-10-2018
Şriftin ölçüsünü dəyiş  

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli vətəndaşların növbəti qəbulunu keçirib.

 

Paralel.az xəbər verir ki, qəbul Prezident İlham Əliyevin doqquz ayın yekunu ilə əlaqədar olaraq keçirdiyi müşavirənin yekunlarıyla həmahəng olub.

 

Beləki qəbula  gələnlərdən Afət Lətifova, Ramin Rzayev, Şəbnəm Baxşıyeva, Hicran Əlimərdanova və  başqaları ölkəmizdə sosial müdafiə sahəsində aparılan işlərə yüksək qiymət verib, bu uğurlardan yaranan yeni qayğılara diqqət yetiriblər. Müraciət edən vətəndaşları dinləyən Hadi Rəcəbli qaldırılan məsələlərə hüquqi tələblər baxımından yanaşmağı tövsiyə edib və imkan daxilində köməkçiləri vasitəsilə bu tipli yardımları yerindəcə göstərib.

 

Astaranın Ərçivan kənd sakini Tofiq Məmmədovun bacısının ailəsinə ünvanlı sosial yardımın verilməsi ilə bağlı qaldırdığı məsələ telefon zəngiylə müvafiq qayda və tələblərin yerinə yetirilməsi yolu ilə nizamlanıb.

 

Sevda Məlikova sosial durumunun ağır olduğundan şikayətlənərək özünə, qızına və oğluna iş axtardığını bildirib. Araşdırma nəticəsində şikayətçinin oğlu Əli Məlikovun iş məsələsi yerindəcə həll edilib, hətta ayın yarısından etibarən əmək haqqına verilib. İşlə bağlı müraciət edənlərin  bir qrupunun problemləri də müvafiq telefon zəngi ilə hüquqi normalar daxilində  həllini tapıb.

 

Qəbulda  ümumilikdə 48 nəfər iştirak edib. Müraciət edənlərin böyük bir qisminin hüquq məlumatsızlığından öz həlini tapa bilmədiyi müəyyənləşib. Bu işə QHT-lər, Milli Məclis aparatının işçiləri, hüquq təhsili alan tələbələr,  və ictimai fəallar cəlb olunublar.

 


Yazarlar