Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakıda böyük təhlükə yarandı – Abutalıbovdan AÇIQLAMA

  15
12:35 12-10-2018
Şriftin ölçüsünü dəyiş  

Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) böyük təhlükə yaranıb. Təhlükə sürüşmə ilə bağlıdır.  

 

Baş nazirin müavini Hacıbala Abutalıbov Paralel.az-a faktı təsdiqləyib:

“Hazırda hadisə yerindəyəm. Müvafiq qurumlar və rəsmilər də buradadır. İclas keçirilir. Narahatlıq üçün əsas yoxdur”.

 

Baş nazirin müavini iclasdan sonra ictimaiyyətə geniş açıqlama verəcəyini vurğulayıb.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a bildirilib ki, ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

 

Bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar 20-ci sahə adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.

 

Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.

 


Yazarlar