Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan nefti ucuzlaşdı

  29
23:35 11-10-2018
Şriftin ölçüsünü dəyiş  

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 10-da 85,14 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,35 dollar/barel azdır. Paralel.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 10-da 84,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,36 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 10-da 81,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,31 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 10-da 83,93 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,28 dollar/barel azdır.


Yazarlar