Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan yığması üçün növbəti sınaq - YENİLƏNİR

  32
22:55 11-10-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Paralel.az xəbər verir ki, D liqasında 3-cü qrupda yer alan Azərbaycan seçməsi səfərdə Farer Adaları yığması ilə qarşılaşır. Paytaxt Torshavndakı “Torsvollur” stadionunda keçirilən oyunda komandalar yaşıl meydana bu heyətlə çıxıb.

 

Azərbaycan millisinin heyətində Kamran Ağayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Araz Abdullayev, Mahir Mədətov və Rüfət Dadaşov yer alıb.

 

Farer Adaları yığmasının start heyətində isə meydana Hunnar Nilsen, Hilli Serensen, Atli Qreqersen, Odmar Fere, Vilormur Davidsen, Rene Yonsen, Hallur Hansson, Yohan Edmundson, Brandur Hendriksson, Kay Bartalsstovu və Finnur Yustinussen çıxıblar.

 

Azərbaycan yığması UEFA-nın yeni təsis etdiyi turnirin ilk iki oyununda qələbə qazana bilməyib. Milli komandamız UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda Farer Adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. İki turdan sonra Qurban Qurbanovun yetirmələri 2 xalla qrupda üçüncü pillədə qərarlaşıblar. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız növbəti görüşünü oktyabrın 14-də Bakıda Malta yığmasına qarşı keçirəcək.

 

Farer Adaları isə doğma meydanda maltalıları məyus etdiyi halda (3:1) Kosovo seçməsinə məğlub olub (0:2).


Yazarlar