Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Jurnalistlər binasının qarşısında
dayanacaq quraşdırılıb?!

  36
22:15 11-10-2018
Şriftin ölçüsünü dəyiş  

Birini külək aparıb, digərini isə BNA...

 

Bir ay əvvəl uzun sürən yazışmalardan, jurnalistlərin təkidli tələbindən sonra axır ki, jurnalistlər binasının yanında dayanacaqlar quraşdırıldı. Ötən ayın sonunda əsən güclü külək dayanacaqlardan birini yararsız hala saldı, digərinin isə dam örtüyünü qoparıb atdı. Oktyabr ayının 10-da səhər işə gələndə telefona fb.com şəbəkəsində paylaşılan bir xəbər gəldi. Hələ avtobus Bayılın üfüqlərində belə, görünmədiyindən xəbəri açıb oxuyuram: "Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Modern.az bildirib ki: «Salyan şosesi 22 ünvanında (Jurnalistlər binasının qarşısı) güclü külək nəticəsində yararsız vəziyyətə düşən dayanacaq pavilyonu yenisi ilə əvəzlənib".

Lap "Mozalan" mövzusudur, məlumat verilir ki, dayanacaq yenisi ilə əvəz edilib, amma faktiki olaraq sözügedən ünvanda yolun heç bir tərəfində dayanacaq pavlyonu yoxdur. 10 oktyabr tarixində dayanacaqlardan birini quraşdırdılar, amma yolun digər tərəfində hələ də dayanacaq yoxdur. Məsələ ilə əlaqədar Mais Ağayevlə əlaqə saxladıq və belə bir sual ünvanladıq ki, yolun digər tərəfində nə vaxt dayanacaq pavilyonu quraşdırılacaq, həmin pavilyon quraşdırılanda da bu tip yeni bir informasiya paylaşılacaq? BNA sözçüsü bildirdi ki, sözügedən dayanacağı külək yararsız hala salmışdı və biz onu yenisi ilə əvəzlədik: "Məlumatı da bu fakta əsaslanaraq vermişik. Yolun digər tərəfindəki dayanacaq isə təmir edilərək yenidən quraşdırılacaq və bu barədə məxsusi məlumatımız olmayacaq".

Bu məlumatı ictimailəşdirməkdə məqsədim heç də BNA-nın fəaliyyətinə kölgə salmaq deyil. Sadəcə, görünən odur ki, BNA-nın ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsi, təmir briqadasından daha fəal işləyir.

Çox istərdik ki, digər qurumların da ictimaiyyətlə əlaqə şöbələri belə aktiv olsunlar və jurnalistləri adi bir sorğuya cavab almaq üçün həftələrlə gözlətməsinlər.

Akif Nəsirli 

Yazarlar