Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Külli  miqdarda  narkotik qanunsuz  dövriyyədən çıxarıldı

  34
21:10 11-10-2018
Şriftin ölçüsünü dəyiş  

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Paralel.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəmkir rayon Çənlibel kəndində yaşayan, 1975-ci il təvəllüdlü Mehman Heydərovun yaşadığı fərdi evə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Bu zaman yaşayış evinin  həyətində yerləşən tövlənin damında asılı vəziyyətdə  2 ədəd 6 kiloqram  çəkidə, bundan əlavə yaşayış evinin müxtəlif yerlərindən ümumi çəkisi 1 kiloqram 428.423 qram çəkidə müxtəlif sellofan və kibrit qutularında qablaşdırılmış marixuana aşkar edilərək götürülüb. Həmçinin  M. Heydərovun evindən 1 ədəd tir tüfəngi, 1 ədəd snayper tüfənginə məxsus optik nişangah və kustar üsulla hazırlanan xəncər də maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

 


Yazarlar