Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Heroin satan Gəncə sakini yaxalandı

  17
20:45 11-10-2018
Şriftin ölçüsünü dəyiş  

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Paralel.az-a verilən məlumata görə, Gəncə şəhər sakini 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunan Anar Tağıyev  2 ədəd siqaretin gümüş falqasına bükülü olan ümumi çəkisi 0.433 qram narkotik vasitə hesab olunan heroini şərti alıcıya satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı toplanan material araşdırma aparılması üçün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilib.

 


Yazarlar