Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Paşinyan: “Qarabağ nümayəndələri danışıqlar prosesində iştirak etməyəcək”

  17
14:45 11-10-2018
Şriftin ölçüsünü dəyiş  

Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda 17-ci Frankofoniya Sammtinin açılış çərçivəsində “Frans-Press” agentliyinə müsahibə verib.

 

Paralel.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistanın hökumət rəhbəri növbəti dəfə ziddiyyətli açıqlamalar verib.

 

“Cənab Əliyevlə apardığım müzakirələr Qarabağ münaqişəsinin həlli barədə deyil, sülh danışıqlarının mümkün olması üçün mövcud şəraitin yaradılmasına həsr olunmuşdu. Münasibət şərtlər olmadıqca, əsas məqsədə çatmaq mümkün deyil”.

Onun sözlərinə görə, tərəflər təmas xəttində vəziyyətin gərgin olduğunu etiraf ediblər.

 

Nikol Paşinyan "Dağlıq Qarabağ"ın danışıqlar prosesində iştirak etməyəcəyini də deyib.

“Danışıqlar prosesi ATƏT-in Minsk Qrupu formatında Azərbaycan və Ermənistan arasında davam edəcək. Çünki Azərvbaycan Qarabağ nümayəndələri ilə danışıqlar aparmaq istəmədiklərini açıqlayıblar”.

 

 

 

 

 

 


Yazarlar