Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Neft sazişi ilə bağlı qanun layihəsi parlamentin iclasına tövsiyə edildi

  15
13:45 11-10-2018
Şriftin ölçüsünü dəyiş  

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasının ilk iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP EKSPLOREYŞN (AZƏRBAYCAN) LİMİTED şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi müzakirə edilib.

 

Paralel.az-ın məlumatına görə, qanun layihəsi barədə məlumat verən Valeh Ələsgərov bildirib ki, Saziş Azərbaycan Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited şirkəti arasında bu il aprelin 26-da imzalanıb. O deyib ki, kontrakt sahəsi Xəzər dənizində kəşf edilməmiş və çox riskli bir ərazidir: “Həmin ərazidə heç bir vəsait xərcləmədən neft-qaz ehtiyatlarının aşkarlanması Azərbaycan dövləti və iqtisadiyyatı üçün faydalı olacaq. Sevindiciri haldır ki, nəhayət bu ərazidə kəşfiyyat işlərinə başlanılacaq və gələcəkdə həmin bölgədə işləri planlaşdırmaq üçün daha dolğun məlumat əldə edə biləcəyik”.

 

V.Ələsgərov qeyd edib ki, konkrakt sahəsi 3 min 197 kvadrat kilometr ərazini əhatə edir: “Həmin ərazidə neft və qazın kəşf edilməsi həm bizim, həm də bu layihədə iştirak edən tərəflər üçün faydalı olacaq. Kontrakt sahəsi yerləşən ərazdə dənizin dərinliyi 110 metrdən 750 metrə qədərdir. Sahildə yerləşən ən yaxın yaşayış sahəsinə 65 kilometr məsafə var. Bu sahədə kommersiya dəyəri olan neft və qaz aşkar edilib hasilat başlanana qədərki riskli dövrdə bütün maliyyə işlərini BP şirkəti həyata keçirəcək. Saziş ilkin kəşfiyyat, əsas kəşfiyyat və işləmə, hasilat dövürlərinə bölünüb. Layihənin işləmə, hasilat dövrü 25 il müddətdə davam edəcək. Toplam hasilat 5 milyon tona çatana qədər mənfəətli neftin 70 faizi podratçı tərəflərə ödənilir. Toplam hasilat 10 milyon tondan çox olduqda mənfəətli karbohidrogenlər tərəflər arasında yarıbayarı bölünəcək”.

 

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə layihəni Azərbaycan dövlət neft strategiyasında yeni istiqamət kimi qiymətləndirib. O qeyd edib ki, sazişə əsasən 25 il müddətindəki fəaliyyət dövlətin iqtisadi gücünün artmasında xidmət edəcək.

 

İclasda iştirak edən Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin deputatları Eldar, Kazım, Şəmsəddin Hacıyev və Elman Nəsirov da qanun layihəsinin əhəmiyyətini xüsusi vurğulayıblar.

 

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyyə edilib.

 

V.Ələsgərov yaz və növbədənkənar sessiyalar dövründə görülən işlər barədə məlumat verib. O deyib ki, hesabat dövründə komitənin 10 iclası keçirilib, bu iclaslarda 18 məsələ müzakirə edilib, onlardan 13-ü qanun layihəsidir.

 

Onun sözlərinə görə, hesabat dövründə komitənin ünvanına daxil olan 79 ərizə, məktub və müxtəlif xarakterli sənədlərə müvafiq qaydada baxılıb.


Yazarlar