Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Jurnalistin itkin düşməsi Ankaranı Ər-Riyaddan narazı salıb

  16
11:55 11-10-2018
Şriftin ölçüsünü dəyiş  

İtkin düşmüş jurnalist Camal Kaşıkçı böhranına görə Türkiyə və Səudiyyə Ərəbistanı arasında münasibətləri gərginləşməkdə davam edir.

 

Paralel.az “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, Türkiyə hüquq mühafizə əməkdaşları tərəfindən krallığa aid karqo təyyarəsinə keçirilən əməliyyatda 965 min narkotik həb ələ keçirilib.

Əməliyyat Adana Hava limanında edilən şikayət əsasında baş tutub. Ələ keçirilən narkotik vasitələrin ümumi dəyərinin 14 milyon türk lirəsi (təxminən 4 milyon Azn) olduğu müəyyənləşib.

 

Baş Prokuror Ömər Faruk Yurdagül hadisə ilə əlaqədar geniş miqyaslı araşdırma başladıldığını bəyan edib.

 

Qeyd edək ki, The Washington Post nəşrinin əməkdaşı Camal Kaşıkçının Türkiyədəki Səudiyyə Ərəbistanına aid konsulluq binasında yoxa çıxması Türkiyə tərəfini qəzəbləndirib. Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistin konsulluq binasında doğranması ilə bağlı Səudiyyə Ərəbistanı karllığının öz günahsızlığını sübut etməli olduğunu bəyan edib.


Yazarlar