Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yaponiyalı yazıçı Nobel mükafatından imtina edir

  35
00:30 17-09-2018
Şriftin ölçüsünü dəyiş  

Yaponiyalı yazıçı Haruki Murakami ədəbiyyat üzrə Nobel mükafatı qazanmaq şansından imtina edib. Paralel.az xəbər verir ki, “Kyodo” agentliyinin yazdığına görə, Murakami İsveç Akademiyası ilə əlaqə saxlayıb. Yazıçı onun adının 2018-ci il üçün tərtib edilən nominantlar siyahısından çıxarılmasını istəyib.

 

Bu qərarını yazıçı diqqətini kitab yazmağa yönəltməsi və medianın diqqətindən uzaq olmaq istəyi ilə əsaslandırıb.

 

Yaponiyalıdan savayı nominantlar sırasına fransalı yazıçı Mariz Konde, ingiltərəli fantast Nil Geyman və Vyetnamda dünyaya göz açan kanadalı yazıçı Kim Txuyi daxil edilib.


Yazarlar