Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Göygöldə XI sinif şagirdi atasını qətlə yetirdi

  39
21:40 16-09-2018
Şriftin ölçüsünü dəyiş  

Göygöldə XI sinif şagirdi atasını qətlə yetirib. Paralel.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Həmin kənddə yaşayan Daşkəsən rayon sakini, 38 yaşlı Ramil Quliyev gecə saatlarında evdə həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Bu zaman onların 17 yaşlı oğlu Eşqin Quliyev atasının başına balta ilə ağır zərbələr endirib. Eşqin Quliyev atasının ona müqavimət göstərdiyini görüb, ona daha bir neçə bıçaq zərbəsi də endirib. Ramil Quliyev aldığı xəsarətlərdən yerindəcə keçinib.

 

Hadisədən sonra könüllü şəkildə polisə təslim olan gənc saxlanılaraq istintaqa cəlb olunub.

 

Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.


Yazarlar