Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakıda III Bankçılıq Forumu keçiriləcək

  37
20:55 16-09-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan Banklar Assosiasiyası (ABA) noyabrın 15-16-da Bakıda "Nağdsız iqtisadiyyat: ənənəvi banklardan rəqəmsal bankçılığa keçid" mövzusunda III Bankçılıq Forumunu keçirməyi planlaşdırır. ABA-dan Paralel.az-a verilən məlumata görə, ikigünlük forumun məqsədi rəqəmsallaşdırma, maliyyə texnologiyaları, yeni bank məhsulları, müasir uyğunluq və risklər, məhkəmə uyğunluğu və tendensiyaların hazırkı çərçivəyə uyğunlaşdırılmasıdır. Həmçinin, təhlükəsizlik sahəsindəki yeni və gələcək tendensiyalar üçün platforma olmaq, eyni zamanda, müvafiq maraqlı tərəflərin hərtərəfli məlumatlandırılmasına yardım etmək məqsədilə ən yaxşı təcrübələrin mübadiləsi, maliyyə qurumları və digər şirkətlər tərəfindən uzun və ortamüddətli baxışın formalaşdırılmasına kömək etmək də məqsədlər sırasındadır.

 

Forumda dövlət və nəzarət qurumlarının, maliyyə və təsərrüfat subyektlərinin, kommersiya bankları rəhbərliyinin, kommersiya və ictimai təşkilatların rəhbərlərinin, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, eləcə də digər ölkələrin müşavirliklərinin yüksək və orta səviyyəli rəhbərləri iştirak edəcək.


Yazarlar